BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 3-də Amerika Birləşmiş Ştatları Konqresinin 60-a yaxın nümayəndəsi dövlət katibi Antony Blinken-i COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycanda "insan haqlarının pozulması, siyasi məhbusların mövcudluğu, Ermənistanı müharibə ilə hədələmə, beynəlxalq hüquqa əməl edilməməsi" ilə bağlı rəsmi Bakıya təzyiq göstərməyə çağırıblar.
Azərbaycan Prezidenti İlham Əliyev bu müraciətdən bir gün sonra verdiyi açıqlamada, Vaşinqtonu ölkəsinə qarşı yeni sanksiyalar hazırlamaqda ittiham edib.
"Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz," - o deyib.