BAKI, 21 oktyabr - Sputnik. Türkiyənin tanınmış din xadimi, rəsmi Ankara tərəfindən FETÖ təşkilatına rəhbərlik etməkdə günahlandırılan Fətullah Gülən vəfat edib.
APA xəbər verir ki, bu barədə onun qohumu Ebuseleme Gülən sosial media hesabında paylaşım edib.
Onun ABŞ-ın Pensilvaniya ştatında yerləşdirildiyi xəstəxanada həyatını dəyişdiyi vurğulanıb. F.Gülenin böyrək çatışmazlığı, şəkər xəstəliyi və demensiyadan əziyyət çəkdiyi qeyd edilib.