BAKI, 20 oktyabr — Sputnik. Çin Ukrayna münaqişəsinin tərəflərindən heç birinə silah verməyib və ikili təyinatlı malların, o cümlədən pilotsuz təyyarələrin ixracına ciddi nəzarət edir.
Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Rusiyanın Ukraynada istifadə etdiyi dronların istehsalı ilə məşğul olduğu iddia edilən Çin şirkətlərinə qarşı ABŞ-ın sanksiyalarının tətbiqinə münasibət bildirərkən deyib.
Amerika Birləşmiş Ştatları terrorla mübarizə adı altında Rusiya, İranın onlarla fiziki və hüquqi şəxsinə sanksiya siyahılarını genişləndirib. Ümumilikdə, son olaraq müxtəlif ölkələrdən, o cümlədən İran, Pakistan, Çin və digərlərindən altı nəfər sanksiya siyahısına əlavə edilib.
"Çin heç vaxt Ukrayna münaqişəsinin tərəflərindən heç birinə öldürücü silahlar təqdim etməyib. Pekin ikili təyinatlı məhsulların, o cümlədən pilotsuz təyyarələrin ixracına ciddi nəzarət edir. Eyni zamanda mülki pilotsuz təyyarələrin hərbi məqsədlər üçün istifadəsinə qarşıyıq", diplomat qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.