PAYTAXT XƏBƏRLƏRİ

Alatava qəsəbəsində içərisində sakinlər olan evi sökənlərin işi nəzarətə götürüldü-VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə akşar edilib.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Yasamal rayonunun 1-ci Alatava qəsəbəsi, 128B ünvanındaki yaşayış binasının sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə mübasibət bildirib.
Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilub ki, bu ilin aprel ayından Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə akşar edilib.
Özbaşına fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin gördüyü operativ tədbirlər nəticəsində özbaşına söküntü işləri tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işlərinin aparıldığını əks etdirən görüntülər yayılıb. Bir neçə həftə əvvəl çəkildiyi deyilən videodan görünür ki, vətəndaşlar eyvanda dayanaraq söküntü prosesini izləyirlər. Onların çığırtılarından bilinir ki, söküntü haqda əvvəlcədən məlumatları olmadıqları üçün evlərini tərk edə bilməyiblər. İddialara görə, söküntünü həyata keçirən “Melissa” tikinti şirkətidir. Yayılmış görüntülərlə əlaqədar şirkətdənaçıqlama verilməyib.
Xatırladaq ki, ötən ay da həmin ərazidə yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü bildirmişdilər.