ELM

Yer səthində temperaturun kəskin artmasının əsas səbəbkarı bəlli olub

Keçmişdə də El Ninyo dövrlərinə uyğun olaraq temperatur artımları baş verib. Bu, okean səthinin temperaturunun vaxtaşırı artması ilə xarakterizə olunan bir hadisədir.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. 2023-cü ildə Yer səthinin temperaturunun kəskin artmasının əsas səbəbi El Ninyo fenomeni olub. Mayami Universitetinin alimləri bu qənaətə gəliblər.
Bu barədə "Atmospheric Chemistry and Physics" yazıb.
Bu araşdırmadan əvvəl səbəbin texnogen iqlim dəyişikliyi olduğu güman edilirdi. Bu fərziyyə iqlim modellərinin yaradılması yolu ilə sınaqdan keçirilmişdi.
Təcrübə zamanı alimlər modellərdə iqlimə antropogen təsiri istisna ediblər. Bu prosesə insanın təsiri olmadan temperaturun əhəmiyyətli dərəcədə dəyişə biləcəyi aşkar edilib.
Keçmişdə də El Ninyo dövrlərinə uyğun olaraq temperatur artımları baş verib. Bu, okean səthinin temperaturunun vaxtaşırı artması ilə xarakterizə olunan bir hadisədir.
Əvvəllər 21-ci əsrin sonunda Yer kürəsinin qlobal iqlim dəyişikliyi ilə üzləşəcəyi bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.