BAKI, 20 oktyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqının sammitində deyib ki, ölkə öz nüvə silahını yarada bilər.
Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiostansiyasının səhər proqramında çıxış edərkən bu sözləri şərh edib.
Onun sözlərinə görə, hazırda Qərb xüsusi xidmət orqanları müvafiq bəyanatı tədqiq edirlər.
"Kəşfiyyat xidmətləri Ukraynanın həqiqətən də nüvə silahı yaratmaq strategiyasının olub-olmadığını öyrənmək üçün çalışırlar" - Orban deyib.
Əvvəllər bildirilmişdi ki, Zelenskinin sözləri onun ümidsizliyi ilə bağlı ola bilər. Kiyev dövlətin NATO-ya qəbulu ilə bağlı vəziyyətdən məyusdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.