BAKI, 20 oktyabr — Sputnik. Qərb ölkələrinin Ukraynaya dəstək resursları getdikcə azalır.
Bunu Finlandiyanın eks-prezidenti Sauli Niinistö Yle teleradio şirkətinin efirində deyib.
Onun sözlərinə görə, Qərb Kiyevin ehtiyac duyduğu yardım həcminə o qədər də yaxşı hazır deyildi. Finlandiyanın keçmiş lideri qeyd edib ki, Rusiya hazırda hərbi gücünü artırır. Eyni zamanda, Qərb ölkələrində bu proses, o cümlədən silah istehsalı məsələlərində daha ləng gedir.
Niiniste, həmçinin hesab edir ki, Ukraynanın NATO-ya üzv olması münaqişənin gərginləşməsinə gətirib çıxaracaq. Bununla belə, o, hazırkı mərhələdə Ukrayna dövlətinin bloka qoşula biləcəyini istisna etməyib.
Əvvəllər məlum olub ki, Kiyevdə Rusiya ilə münaqişəyə son qoymağın mümkün ssenarilərini müzakirə etməyə başlayıblar. Buna görə Ukrayna hakimiyyəti itirilmiş ərazilərin qaytarılması ilə bağlı sərt mövqeyindən əl çəkə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.