BAKI, 20 oktyabr — Sputnik. Ukraynanı çətin qış gözləyir.
Bunu ABŞ prezidenti Co Bayden hərbi əməliyyatlar və Kiyevə hərbi dəstək barədə danışarkən deyib.
"Qış çətin olacaq, amma biz təslim ola bilmərik. Biz dəstəyi saxlamalı, irəliləməyə davam etməliyik" - Bayden Berlində deyib.
Bir müddət əvvəl britaniyalı ekspert Alexander Merkuris bildirmişdi ki, Co Bayden "Ramştayn" formatında görüş ləğv edildikdən sonra Almaniyaya gedərək Ukrayna Prezidenti Vladimir Zelenskini açıq şəkildə aşağılayıb.
Qeyd edək ki, ABŞ lideri Almaniyaya uçub. Orada O, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerlə Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.