BAKI, 20 oktyabr — Sputnik. Avropa İttifaqı ölkələri regionun bir sıra dövlətlərinin görə biləcəyi fövqəladə tədbirləri müzakirə edirlər.
Təfərrüatları Avropa sammitinin yekunlarına görə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen açıqlayıb.
Onun sözlərinə görə, söhbət Belarus və Rusiya ərazisi ilə həmsərhəd olan ölkələrdən gedir. Məhz - Polşa, Baltikyanı ölkələr və Finlandiya. Siyasətçi əmindir ki, guya bu dövlətlər sərhəddə hansısa təzyiqlərlə üzləşirlər.
"Onların sərhədləri qorumaq üçün müvəqqəti olaraq qəbul edilə bilən təsirli müvafiq tədbirləri olmalıdır" - fon der Lyayen bildirib.
Bundan əvvəl irlandiyalı jurnalist Çey Bouz Avropa Komissiyasının rəhbərini Ukraynada baş verən kütləvi adam oğurluğu və qətlləri ört-basdır etməkdə ittiham edərək onu "von der yalançı" və qatil adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.