BAKI, 19 oktyabr - Sputnik. Moskva və Minsk arasında təhlükəsizlik zəmanətləri ilə bağlı gələcək saziş NATO və Kiyevdən gələn təhdidlər fonunda İttifaq dövlətinin müdafiəsini təmin edəcək. Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk məlumat verib.
"Təhlükəsizlik zəmanətləri üzrə gələcək Rusiya-Belarus sazişi NATO ölkələri və Kiyev rejiminin artan təhdidləri fonunda İttifaqın etibarlı müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün ölkələrimizin qarşılıqlı müttəfiq öhdəliklərini gücləndirməyə yönəlib", - diplomat deyib.
Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri haqqında sazişdə Rusiya və Belarus xarici təcavüzə cavab olaraq öz arsenallarında mövcud olan bütün qüvvə və vasitələrdən, o cümlədən müstəsna hallarda nüvə silahından istifadə etməyə hazır olduqlarını təsdiq edəcəklər.
“Rusiya və Belarusun bu il sentyabrın 25-də bəyan etdiyi kimi, Rusiya və Belarusun xarici təcavüzə cavab olaraq, nüvə silahı da daxil olmaqla, bütün qüvvə və vasitələrdən istifadə etməyə hazır olduğunu təsdiq edəcək”, - Polişuk bildirib.
Rusiya XİN rəsmisi həmçinin qeyd edib ki, sənəd üzərində iş intensiv şəkildə aparılır, onun birlik müqaviləsinin imzalanmasının 25-ci ildönümünə təsadüf etməsi ilə əlaqədar İttifaq Dövləti Ali Dövlət Şurasının yubiley iclasına qədər başa çatdırılması nəzərdə tutulur.
Rusiya və Belarus arasında İttifaq dövlətinin yaradılması haqqında saziş 1999-cu il dekabrın 8-də imzalanıb.
Sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarının yenilənməsi ilə bağlı məsələnin müzakirəsini təklif edib.
Putin deyib ki, Rusiya təcavüz halında, o cümlədən düşmən adi silahlardan istifadə edərək suverenlik üçün kritik təhlükə yaradarsa, nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.
Həmçinin, onun sözlərinə görə, Rusiya Federasiyası Belarusa qarşı təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.