DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Barselonada Kiyevə silah verilməsinə qarşı kütləvi etirazlar başlayıb

Əsas tələb kütləvi qırğın silahlarının Ukraynaya ötürülməməsi olub. Ukrayna lideri Vladimir Zelenskinin özünü isə "nüvə müharibəsi provokatoru" adlandırıblar.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Barselonada Qərbin Kiyev rejiminə silah ötürməsinə etiraz aksiyası keçirilib.
Təfərrüatlar barədə SHOT Telegram kanalı öz mənbələrinə istinadən xəbər verib.
Resursun məlumatına görə, fəallar qiyamət paltarı geyiniblər. Onlar radiasiya əleyhinə sarı kostyum və qaz maskaları geyinərək, əllərində plakatlar və meqafonlar tutublar. Aksiya əsasən turistlərin çox olduğu Portal del Angel küçəsində baş verib.
Əsas tələb kütləvi qırğın silahlarının Ukraynaya ötürülməməsi olub. Ukrayna lideri Vladimir Zelenskinin özünü isə "nüvə müharibəsi provokatoru" adlandırıblar.
"Zelenski ABŞ-ın kuklasıdır! Biz sülh istəyirik, müharibə istəmirik!" – fəallar qışqıraraq bildiriblər.
Aksiya Kiyevin özünün nüvə silahını hazırlaya və Rusiyaya qarşı istifadə edə biləcəyi barədə bəyanatlardan sonra həyata keçirilib. Bir çox ekspertlər əmindirlər ki, bu bəyanatlar Qərb silahlarının ötürülməsini ört-basdır etmək üçün verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.