İQTİSADİYYAT

Azərbaycanın gələn il üçün büdcəsi ilkin variantla müqayisədə 1,7 milyard manat artırılır

Maliyyə Nazirliyinin məlumatına görə, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə 1,7 milyard manat artırılır.
Maliyyə Nazirliyinin məlumatına görə, gələn il büdcə gəlirlərinin 38,3 milyard manat, xərclərinin isə 41,3 milyard manat olacağı gözlənilir. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,3% və 4,1% çoxdur.
Son nəticədə büdcədə əvvəl elan edildiyi kimi, 3 milyard manatdan çox kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.
Artım Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılaraq 12,7 milyard manatdan 14,4 milyard manata çatdırılması hesabına olacaq.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği ilkin variantla müqayisədə 1,7 milyard manat çox - 14,4 milyard manat nəzərdə tutulub. Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,3% çoxdur.
Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
Əlavə edək ki, 2024-cü ilin iyulun 1-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib. Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36,3 milyard manat, xərclər 39,7 milyard manat təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İNFOQRAFİKA
Azərbaycan dövlət büdcəsinin 2024-cü ildə gəlirləri və xərcləri