DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alimlər insan kök hüceyrəsi vasitəsilə gözün torlu qişasının qüsurunu uğurla sağaldıblar

Yapon alimlərinin innovativ yanaşması gözün tor qişa xəstəliklərinin müalicəsində yeni imkanlar açır.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Alimlər insan kök hüceyrələrindən hazırlanmış plastırdan istifadə edərək meymunun tor qişasının qüsurunu uğurla düzəldiblər.
"Live Science" xəbər verir ki, Kök Hüceyrə Hesabatlarında (Stem Cell Reports) bir araşdırmada təsvir edilən bu nailiyyət torlu qişa transplantasiyası sahəsində irəliyə doğru atılmış mühüm addımdır.
Torlu qişa gözün arxasındakı işığa həssas hüceyrələr təbəqəsidir və bu toxumanın zədələnməsi və xəstəlikləri görmə itkisinə və ya korluğa səbəb ola bilər. Yeni araşdırma makulyar dəliyin təmirinə yönəldilib. Bu, retinanın tam mərkəzində bir deşik meydana gəldiyi nadir bir vəziyyətdir. Makulyar dəliklər çox vaxt gözün içindəki jele kimi maddə tor qişadan uzaqlaşaraq qopmalar əmələ gətirdikdə meydana gəlir. Belə halların, təxminən 90%-ni cərrahi yolla müalicə etmək olar, qalan 10%-də isə xəstələrdə bulanıq görmə və korluq ləkələri yarana bilər.
Yaponiyadakı Kobe Göz Klinikasının tədqiqat mərkəzinin direktoru doktor Miçiko Manday kök hüceyrələrdən retinanın miniatür, laboratoriyada yetişdirilmiş variantlarını yaratmaq üçün illərdir çalışır. Bu yaxınlarda gözlərin və beyinin təsvirləri necə emal etdiyini öyrənən başqa bir yapon laboratoriyası makaka meymunlarından birinin (Macaca fuscata) vizual tapşırıqları yerinə yetirə bilmədiyini müəyyən edib. Məlum olub ki, meymunun makulyar dəliyi var. Laboratoriya heyvanı əməliyyatlar üçün Manday laboratoriyasına köçürüb.
Alimlər meymunun tor qişaya yamaq tətbiq ediblər. Transplantasiya uğurlu olub - əməliyyatdan sonra meymunun vizual testinin nəticələri yaxşılaşıb. Yeganə ağırlaşma halı əməliyyatdan dörd ay sonra müşahidə edilən yüngül imtina olub. Problem bu immun reaksiyasının öhdəsindən gələn steroid inyeksiyaları ilə həll edilib. Rədd edilmənin səbəbi, "yamağın" başqa bir növün nümayəndəsinin hüceyrələrindən hazırlanması ola bilər.
Əməliyyatdan 6 ay sonra tədqiqatçılar yamağı araşdırmaq üçün cərrahi yolla meymunun gözünü çıxarıblar. Onlar yeni vizual hüceyrələrin təkamül etdiyini kəşf ediblər: bunlar ilk növbədə gecə görmə qabiliyyətinə cavabdeh olan çubuqlar və rəng görmə üçün əsas olan konuslar olublar. Lakin transplantasiya edilənlərlə meymunun öz hüceyrələri arasında əlaqələrin yarandığını təsdiqləmək mümkün olmayıb. Çuxurun, sadəcə bağlanması səbəbindən görmə yaxşılaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.