RUSİYA

Putin Ukrayna ilə sülh bağlamaq istəyini ifadə edib

Prezident deyib ki, Rusiya Ukrayna ilə münaqişənin tezliklə və sülh yolu ilə başa çatmasında maraqlıdır.
Sputnik
BAKI, 18 oktyabr - Sputnik. Moskva Ukrayna ilə münaqişənin tezliklə və sülh yolu ilə başa çatmasında maraqlıdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün BRIKS ölkələrinin KİV rəhbərləri ilə görüşündə deyib.
“Biz münaqişənin mümkün qədər tez və təbii ki, sülh yolu ilə başa çatmasında hamıdan çox maraqlıyıq” - o, bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvanın maraqlarını nəzərə almadan Ukrayna böhranını həll etmək mümkün deyil.
Rusiya Ukrayna Prezidenti Volodmir Zelenskinin təklif etdiyi “sülh sammitində” iştirak etməyəcək. Belə bir prosesin nizamlanma ilə heç bir əlaqəsi yoxdur:
“Eyni zamanda, Rusiya böhranı siyasi və diplomatik kanallarla həll etməkdən imtina etmir, mövcud vəziyyəti, geosiyasi reallıqları və Rusiya Prezidenti Vladimir Putin tərəfindən formalaşdırılmış təşəbbüsü nəzərə alan ciddi təklifləri müzakirə etməyə hazırdır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.