BAKI, 18 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin investisiya sahəsində əməkdaşlığının genişləndirilməsini, süni intellekt (Sİ) texnologiyalarının inkişafını və iqlim gündəmini kritik vacib adlandırıb.
BRİKS biznes forumu çərçivəsində Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) sərgisində prezidentdən investisiya platforması və BRİKS iqlim platforması, eləcə də birlik ölkələri üçün süni intellekt alyansının yaradılması üzrə RBİF təşəbbüslərini dəstəkləməsi xahiş olunub.
"Hər şey vacibdir, hər şey kritik dərəcədə vacibdir, ona görə də sizə uğurlar arzulayıram" - Putin cavab verib.
Dövlət başçısı cümə günü BRİKS biznes forumunda sərgi ilə tanış olub. Sərgi RBİF-nin assosiasiya ölkələri ilə əməkdaşlığına həsr olunub. Dövlət başçısına süni intellekt texnologiyalarının inkişafına qoyulan sərmayələrdən danışılıb, həmçinin süni intellektin protezləşdirmə və sifətin tanınması sahəsində imkanları nümayiş etdirilib.
RBİF, BRİKS biznes forumu çərçivəsində assosiasiya çərçivəsində yüksək texnologiyalar, o cümlədən süni intellekt, mühüm infrastruktur, sənaye, səhiyyə və digər sektorlara investisiyalar üçün birgə platformanın yaradılması təklifi ilə çıxış edib. Fond, həmçinin assosiasiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsi üçün digər təşəbbüsləri də açıqlayıb. Xüsusilə, texnoloji liderliyi təmin etmək üçün süni intellekt sahəsində BRİKS alyansının yaradılması təklif edilib. Digər təşəbbüs könüllü BRİKS karbon bazarı yaratmaqla iqlim problemlərini həll etmək məqsədi daşıyır. RBİF hesab edir ki, Rusiya və assosiasiyanın digər ölkələri iqlim dəyişikliyi ilə mübarizə üçün effektiv və universal həllər təklif etmək iqtidarındadır.
Bundan əvvəl RF Energetika Nazirliyi BRİKS-in vahid enerji strategiyasının yaradılmasını zəruriliyi barədə məlumat vermişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.