RUSİYA

Putin Fars körfəzi terminalları ilə Rusiyanın şimal limanlarının birləşəcəyini anons etdi

Rusiya Prezidenti Vladimir Putin onu da qeyd edib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Fars körfəzinin terminallarını və şimalda Rusiya limanlarını birləşdirir.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Şimal dəniz marşrutunun genişmiqyaslı inkişaf planının həyata keçirilir. Bundan savayı, Rusiya öz buzqıran donanmasını fəal şəkildə artırır, peyk bürclərini modernləşdirir və yeni sahil infrastrukturu qurur.
Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS biznes forumunun plenar iclasında bildirib.
Prezidentin sözlərinə görə, dəniz limanlarına avtomobil və dəmir yolu yanaşmaları da genişlənir.
Dövlət başçısının onu da qeyd edib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Fars körfəzinin terminallarını və şimalda Rusiya limanlarını birləşdirir.
Bundan əvvəl Putin BRİKS ölkələrinin iqtisadiyyatlarının kənar təsirlərdən asılılığının azalacağını proqnozlaşdırmışdı.
DÜNYA XƏBƏRLƏRİ
Putin onlar üçün kritik olan məsələləri açıqladı
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.