BAKI, 18 oktyabr — Sputnik. Rusiya qarşılıqlı faydalı işgüzar əməkdaşlığa açıqdır.
Bunu Rusiya dövlət başçısı Vladimir Putin BRİKS biznes forumunda çıxışı zamanı bildirib.
"...Rusiya qarşılıqlı faydalı əməkdaşlığa mümkün qədər açıqdır" - prezident vurğulayıb.
"Rusiya Federasiyası yerli və xarici biznes üçün, xaricdən kapital və texnologiya cəlb etmək üçün rahat, qlobal rəqabət şəraiti yaradır" - Putin əlavə edib.
Bundan əvvəl Rusiya prezidenti BRİKS ölkələrinin ümumi ümumi daxili məhsulunun 60 trilyon dollardan çox olduğunu, artmaqda davam etdiyini və hazırda G7 ölkələrinin göstəricilərini üstələdiyini bildirib.
Putin, həmçinin qeyd edib ki, BRİKS ölkələrinin iqtisadi artımının xarici təsirlərdən asılılığı gələcəkdə azalacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.