Qarabağın dirçəlişi və reinteqrasiyası

Cəbrayılın Şükürbəyli kəndində bir evin tikintisinə 156 min manat pul xərclənəcək

Tenderin qalibi seçilən "Tunel-Metro İnşaat" MMC 1997-ci ildə dövlət qeydiyyatına alınıb.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisinə əlavə 14,6 milyon manat vəsait xərclənəcək.
Sputnik Azərbaycan xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı tender keçirib. Tenderin qalibi "Tunel-Metro İnşaat" MMC seçilib.
Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 fərdi yaşayış evinin tikintisi üzrə şirkətlə 14 milyon 562 min 668 manat dəyərində müqavilə imzalanıb. Beləcə, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 156 min manata başa gələcək.
Qeyd edək ki, tenderin qalibi seçilən "Tunel-Metro İnşaat" MMC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Seyfullayev Şövqi Xalid oğludur.
Xatırladaq ki, Fond bu ilin sentyabr ayında Şükürbəyli kəndində 48 evin tikintisi üzrə "AĞA-EE İNŞAAT" MMC ilə 7,7 milyon manat dəyərində müqavilə imzalayıb. Bir evin orta hesabla tikinti xərci 159,6 min manat təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.