DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BRİKS sanksiyalardan qorunan ödəniş sisteminin yaradılmasını təklif edib

Blok ölkələri, həmçinin rəqəmsal valyuta və konvertasiya olunan istiqrazların buraxılmasına cavabdeh olan emitent bank yarada bilərlər.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. BRİKS ölkələri ABŞ və Qərb sanksiyalarından qorunacaq beynəlxalq ödəniş sistemi inkişaf etdirməlidirlər. Bu barədə BRİKS Yeni İnkişaf Bankının keçmiş vitse-prezidenti Paulo Nogueira Batista Braziliyanın "CartaCapital" jurnalı üçün yazdığı məqalədə bildirib.
Batista vurğulayıb ki, beynəlxalq ödənişlərdə müstəqilliyi gücləndirmək üçün BRİKS milli valyutalardan daha fəal istifadə etməli və SWIFT sisteminə alternativ hazırlamalıdır.
Həmçinin BRİKS-ə üzv ölkələr arasında ticarət üçün istifadə oluna biləcək ümumi rəqəmsal valyutanın yaradılması imkanlarının nəzərdən keçirilməsi təklif olunub.
Bundan əlavə, keçmiş top menecer qeyd edib ki, blok ölkələri rəqəmsal valyuta və konvertasiya olunan istiqrazların buraxılmasına cavabdeh olan emitent bank yarada bilərlər.
Daha əvvəl bildirilmişdi ki, əcnəbilər üçün QR kodu ilə BRİKS Pay nağdsız ödəniş sistemi Rusiyada ilin sonuna kimi fəaliyyət göstərə bilər.
DÜNYA XƏBƏRLƏRİ
Putin BRİKS forumunda dünyaya ciddi mesajlar verdi
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.