RUSİYA

Bəzi sahələrdə bəşəriyyət BRİKS ölkələri olmadan mövcud ola bilməz - Putin

Rusiya prezidenti bildirib ki, BRİKS-in qlobal ümumi məhsulda payı artıq G7-nin payından çoxdur.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. BRİKS ölkələrinin iqtisadi artımının xarici təsirlərdən asılılığı gələcəkdə azalacaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin jurnalistləri ilə görüşündə bildirib.
"Mən indicə BRİKS-in İşgüzar Şurası qarşısında, bizim ölkələrin sahibkarları qarşısında çıxış etdim və əvvəllər haqqında danışdığım rəqəmləri gətirdim. 1992 və 2023-cü illərə nəzər salsanız, BRİKS ölkələrinin qlobal ÜDM-də məcmu artım iki dəfə artıb, G7 ölkələrinin artımı isə azalıb. Bu göstəriciyə görə, BRİKS ölkələri artıq G7 ölkələrini qabaqlayır və 2028-ci ilə qədər bu, tamamilə göz qabağındadır, “tibbi fakt”dır, BRİKS ölkələrinin xeyrinə uçurum artacaq. Bu artıq göz qabağında olan bir şeydir", - dövlət başçısı deyib.
"Bəzi sahələrdə bəşəriyyət BRİKS ölkələri olmadan mövcud ola bilməz. Mən ərzaq bazarlarını, enerji bazarlarını və s. Amma yüksək texnoloji sahələrdə, xüsusən də, süni intellektin inkişafı və ondan istifadə sahəsində biz getdikcə daha çox nəinki səriştələrə yiyələnirik, həm də müəyyən sahələrdə liderə çevrilirik. Ona görə də bu, ən mühüm dəyişiklikdir, bu, dünyada baş verən ən mühüm, aşkar, görünən dəyişiklikdir", - o əlavə edib.
Putin 2024-cü ilin sonuna kimi BRİKS ölkələrinin orta ÜDM artım tempinin 4% olacağına da diqqət çəkib.
"Bu, cəmi 1,7% olan G7 ölkələrindəki və qlobal nisbətdən yüksəkdir. Qlobal göstəricinin 3,2% olacağı proqnozlaşdırılır" - deyə dövlət başçısı əlavə edib.
Bundan əvvəl Rusiyanın BRİKS çərçivəsində təhlükəsizlik məsələlərinə böyük diqqət yetirdiyi barədə məlumat verilmişdi.
DÜNYA XƏBƏRLƏRİ
Putin BRİKS forumunda dünyaya ciddi mesajlar verdi
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.