BAKI, 18 oktyabr — Sputnik. İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Fələstin və Livana qarşı müharibəsinin genişlənməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bu barədə İran XİN rəhbəri İstabula gedərkən jurnalistlərə açıqlama verib.
Abbas Əraqçi bildirib ki, regional məsələlər diplomatiya ilə həll edilməlidir.
Əraqçi jurnalistlərə deyib:
"Bölgədəki vəziyyət, sionist rejimin işğalları və regiondakı təhlükəli şərtləri nəzərə alaraq, son turda İordaniya və Misirə səfərlər etdim, indi Türkiyəyə gəlmişəm. Hazırda regionda Qəzza və Livanda münaqişələrin təhlükəsi, qaçqınların vəziyyəti və müharibənin genişlənmə ehtimalı barədə ümumi anlayış var. Bizim Türkiyə ilə həmişə yaxşı münasibətlərimiz olub və bu ölkənin xarici işlər naziri və prezidenti ilə görüşdə regional məsləhətləşmələr aparacağıq".
O, "3+3" sammitinin Gürcüstanın iştirakı olmadan keçiriləcəyini söyləməklə yanaşı, regionun qalan ölkələrinin də Qafqaz regionu ilə bağlı məsələlərlə bağlı danışıqlar aparmaq və koordinasiya etmək istəyini nümayiş etdirdiyini bildirib.
"Biz ehtiyatlı olmalıyıq ki, regional məsələlər sülh yolu ilə həll olunsun və regionda təhlükəsizlik və siyasi tənzimləmələr regionda sülh və sabitlik gətirsin", - deyə Əraqçi yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.