RUSİYA

Zaxarovadan alman siyasətçilərinə xəbərdarlıq

Mariya Zaxarova alman siyasətçilərinə Ukrayna ilə bağlı məsələlərdə Rusiyaya ultimatumlar təqdim etmək əvəzinə Kiyevə silah göndərilməsini dayandırmağı tövsiyə edib.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova alman siyasətçilərinə Ukrayna ilə bağlı məsələlərdə Rusiyaya ultimatumlar təqdim etmək əvəzinə Kiyevə silah göndərilməsini dayandırmağı tövsiyə edib.
Bu barədə "İzvestiya" yazıb.
Zaxarova bunu Xristian Demokratik İttifaqının lideri Fridrix Mertsin Rusiyaya ünvanladığı ultimatumla bağlı sözlərini şərh edərkən deyib.
"Əgər onlar hərbi əməliyyatların dayandırılmasını istəyirlərsə, qoy terrorçu Kiyev rejiminə silah tədarükünü dayandırsınlar" - diplomat bildirib.
Daha əvvəl Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bildirib ki, Almaniya Ukraynanın münaqişədə qələbə çalacağına inanmır, ona görə də Ukrayna Silahlı Qüvvələrinə ağır texnika tədarük etməyəcək. Bundan əlavə, o, Almaniya kansleri Olaf Şoltsun 2025-ci ildə sentyabrda baş tutmalı olan seçkilərin girovuna çevriləcəyinə əmindir.