BAKI, 16 oktyabr — Sputnik. Oktyabrın 17-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 17-də kimlər anadan olub?
Əliyar Ağayev (1987) - FİFA-nın birinci kateqoriyalı hakimlər qrupuna yüksələn Azərbaycanlı hakimidir. O, 2013-cü ildən beynəlxalq oyunları idarə edir.
Əliyar Ağayev
© Photo : AFFA
Rita Heyvort (1918-1987) - ABŞ kino aktrisası və rəqqasədir. O, 1940-cı illərin məşhur Hollivud ulduzlarından biridir. Aktrisa "Sən heç vaxt zəngin olmayacaqsan", "Gilda" və s. filmlərdə rol alıb.
Rita Heyvort
© AP Photo
Montqomeri Klift (1920-1966) - ABŞ aktyorudur. O, "Günəş altında yer", "Nürnberq mühakiməsi" və s. filmlərdə filmlərdə bir çox obrazları canlandırıb.
Montqomeri Klift
© Photo : Public Domen
Dmitri Peskov (1967) - 22 may 2012-ci ildən Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezident Vladimir Putinin mətbuat katibidir.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
© Sputnik / Александр Щербак
17 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1346-cı ildə Şotlandiya ordusu Nevills-Kross döyüşündə məğlubiyyətə uğrayır və Şotlandiya Yüzillik müharibədən çıxıb.
1831-ci ildə ingilis fiziki və kimyaçısı Maykl Faradey elektrotexnikanın əsasını təşkil edən elektromaqnit induksiya hadisəsini kəşf edib.
1993-cü ildən Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası tərəfindən təsis edilən Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü qeyd edilir.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini və Füzuli şəhərini erməni işğalından azad edib. 2023-cü ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-ni "Füzuli Şəhəri Günü" elan edərək, hər il təntənəli şəkildə qeyd olunmasını qərara alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.