RUSİYA

"Qanunsuz 2024" əməliyyatından sonra 2 mindən çox miqrant Rusiyadan çıxarılacaq

Tədbir çərçivəsində Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin polis əməkdaşları miqrasiya qanunvericiliyinin 13 mindən çox pozulması faktını müəyyən ediblər.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Moskvada bir həftə davam edən "Qanunsuz 2024" əməliyyatının ikinci mərhələsinin nəticələrinə görə 2 mindən çox miqrant Rusiyadan çıxarılacaq və miqrasiya sahəsində cinayətlərə görə 420 cinayət işi açılıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Tədbir çərçivəsində Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin polis əməkdaşları miqrasiya qanunvericiliyinin 13 mindən çox pozulması faktını müəyyən ediblər.
"İnzibati materiallara baxılmasının nəticələrinə əsasən ədliyyə orqanları əcnəbi vətəndaşların Rusiya Federasiyasından inzibati qaydada çıxarılması barədə iki mindən çox qərar qəbul edib, əcnəbi vətəndaşların deportasiyası haqqında 20 qərardan 12-si icra edilib", nəlumatda deyilir.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin qanunsuz miqrasiyanın təşkili ilə bağlı maddələri ilə 420 cinayət işi başlanıb.