BAKI, 17 oktyabr — Sputnik. Kiyev Vaşinqtondan ABŞ hərbçilərinin Ukrayna üzərində Rusiya raketləri və PUA-larının məhv edilməsində iştirakına razılıq verəcəyini gözləməməlidir, çünki Amerika Birləşmiş Ştatları Rusiya Federasiyası ilə münaqişə ehtimalından ehtiyat edir.
"Politico" bu barədə yazıb.
ABŞ Senatındakı mənbənin sözlərinə görə, ABŞ İranın raketlərini İsrail üzərindən vura bilər, Ukrayna üzərində isə yox. Çünki Tehranın nüvə silahı yoxdur, lakin Rusiya Federasiyasının var.
Ağ Evdəki mənbələr bildirib ki, ABŞ ordusunun Rusiya raketlərinin qarşısını almaq üçün Ukraynaya göndərilməsi dünyanın iki aparıcı nüvə dövləti arasında apokaliptik nəticələrlə birbaşa toqquşmaya səbəb ola bilər.
Bundan əvvəl Vladimir Zelenski Kiyevdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündən sonra bildirib ki, Qərb müttəfiqləri Ukrayna üzərində Rusiya raket və pilotsuz təyyarələrini vurmağa hazır deyillər.