DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ Ukraynadakı münaqişədə uduzur - Orban

Macarıstan Baş naziri bildirib ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsu Ukraynadakı münaqişənin həlli üçün Aİ adından Rusiya Federasiyası ilə danışıqlara başlamağa çağıracaq.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Vladimir Zelenskinin planı kövrəkdir, Aİ strategiyasını dəyişməli və Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə başlamalıdır. Bunu Macarıstan Baş naziri Viktor Orban Aİ sammitinin ikinci günü başlamazdan əvvəl sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Aİ Ukraynadakı münaqişədə uduzur. "Çünki Aİ münaqişəyə zəif düşünülmüş, pis həyata keçirilmiş və pis hesablanmış strategiya ilə daxil olub, buna görə məsuliyyət ilk növbədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin üzərinə düşür. Dəyişikliklərə ehtiyac var! Ancaq bu o demək deyil ki, bizə daha çox müharibə, daha təhlükəlivə uzaqmənzilli silahlar lazımdır. Ancaq hərbi strategiyadan dinc strategiyaya keçmək lazımdır. Bizə atəşkəs və sülh danışıqları lazımdır", - Orban qeyd edib.
Macarıstan Baş naziri bildirib ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsu Ukraynadakı münaqişənin həlli üçün Aİ adından Rusiya Federasiyası ilə danışıqlara başlamağa çağıracaq.
"Bu gün mən Almaniya kansleri və Fransa prezidentini bütün Avropa İttifaqı adından Rusiya ilə tezliklə danışıqlara başlamağa çağıracağam ki, bu vəziyyətdən çıxış yolu tapa bilək", Orban qeyd edib.