BAKI, 16 oktyabr - Sputnik. NATO-nun Cənubi Qafqazdakı fəaliyyəti regionu Rusiya ilə qarşıdurma meydanına çevirməkdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomatın sözlərinə görə, NATO bundan öz mənfəətini əldə etmək məqsədi daşıyır.
“NATO üzvlərinin fəaliyyəti, istər Azərbaycan, istərsə də Ermənistan istiqamətində olsun, bir şeyə - Cənubi Qafqazı Rusiya ilə başqa bir qarşıdurma meydanına çevirməyə, region ölkələrini bir-biri ilə toqquşdurmağa və bundan sonra... Öz mənfəətlərini əldə etməyə yönəlib”, - Zaxarova brifinqdə bildirib.
Rusiya XİN rəsmisi vurğulayıb ki, Rusiya Federasiyası regionda qərarların kənar müdaxilə olmadan, “regionallar” tərəfindən qəbul edilməsi mövqeyindən çıxış edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.