MƏDƏNİYYƏT

Mədəniyyət xadimlərimizin şəxsi əşyaları Azərbaycan Tarixi Muzeyində təqdim olunub - FOTO

Tədbir iştirakçıları görkəmli xadimlərin həyat tərzi, mədəni irsi barədə fikirlərini bölüşüblər.
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan mədəniyyətinin dörd görkəmli nümayəndəsi - memar Mikayıl Useynov, memar Sadiq Dadaşov, teatr və kino aləminin parlaq siması aktyor və rejissor Ramiz Əliyev, musiqi dünyasında özünəməxsus iz qoymuş kanon ustası Asya Tağıyevanın şəxsi əşyalarının təqdimat mərasimi keçirilib. Bu barədə muzeydən məlumat verilib.
Tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri, muzey əməkdaşları və KİV-lər iştirak edilər.
Muzeydə Azərbaycan mədəniyyətinin dörd görkəmli nümayəndəsinin şəxsi əşyalarının təqdimat mərasimi keçirilib
Tədbiri giriş sözü ilə açan, Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini- baş mühafiz, t.ü.f.d, dosent Məhfuzə Zeynalova fonda daxil olan şəxsi əşyaların əhəmiyyətindən bəhs edib, həmçinin Azərbaycan mədəniyyətində xüsusi iz qoyan 4 görkəmli nümayəndənin həyat tərzini, mədəni irsini daha dərindən dərk etmək üçün imkan yaratdığını vurğulayıb.
Muzeydə Azərbaycan mədəniyyətinin dörd görkəmli nümayəndəsinin şəxsi əşyalarının təqdimat mərasimi keçirilib
Daha sonra çıxış edən memar Elçin Əliyev, kulturoloq, t.e.d Fuad Məmmədov, Azərbaycanın əməkdar jurnalisti Nadejda İsmayılova və ictimaiyyət nümayəndələri dörd görkəmli nümayəndənin Azərbaycanın mədəni irsinə və inkişafına verdiyi töhfələrdən danışaraq, onların hər birinin öz sahəsində mühüm iz qoyduğunu qeyd ediblər.
Muzeydə Azərbaycan mədəniyyətinin dörd görkəmli nümayəndəsinin şəxsi əşyalarının təqdimat mərasimi keçirilib
Sonda Ramiz Əliyev və Asya Tağıyevanın qızı Zülfiyyə Əliyeva çıxış edərək, tədbirin keçirilməsinə görə muzeyin rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürünü bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.