İQTİSADİYYAT

Gələn ilin dövlət büdcəsinin gəlir və xərc proqnozu artırılıb

Oktyabrın 15-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Azərbaycanın 2025-ci il dövlət büdcəsinin gəlir proqnozu 36 milyard 616 milyon manatdan 38 milyard 316 milyon manata, xərc proqnozu isə 39 milyard 667,6 milyon manatdan 41 milyard 367,6 milyon manata yüksəldilib. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, gələn il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 4 milyard manat ayrılacaq.
Növbəti ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4,8 milyard manat vəsait nəzərdə tutulub. Bu da 2024-cü illə müqayisədə 9.6% çoxdur.
Gələn il dövlət büdcəsində təhsil xərcləri 4,9 milyard manat olacaq. 2024-cü ildə dövlət büdcəsində təhsil xərcləri 4,5 milyard manat olub. Beləliklə, təhsil xərcləri 12 faizə qədər artır.
Oktyabrın 15-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.