İQTİSADİYYAT

Aİİ-də sənaye artımı: emal sənayesi qabaqdadır

Aİİ-də emal sənayesində istehsalın həcmi 7,9%, elektrik təchizatı, qaz, buxar və hava kondisionerləşdirməsi sahəsində 3,8% artıb.
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. 2024-cü ilin yanvar-avqust aylarında Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində sənaye istehsalı 4,5% artıb. Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidməti xəbər verib.

"2024-cü ilin yanvar-avqust aylarında Avrasiya İqtisadi İttifaqının sənaye istehsalının həcmi 2023-cü ilin yanvar-avqust aylarındaki səviyyənin 104,5%-ni təşkil edib", - AİK-in məlumatında deyilir.

Bildirilib ki, sənaye istehsalının artımı Aİİ-nin bütün dövlətlərində müşahidə olunub: Ermənistanda - 13,7%, Belarusda - 7,1%, Rusiyada - 4,5%, Qazaxıstanda - 3,0%, Qırğızıstanda - 0,7%.
Hesabat dövründə Aİİ-də emal sənayesində istehsalın həcmi 7,9%, elektrik təchizatı, qaz, buxar və hava kondisionerləşdirməsi sahəsində 3,8%, su təchizatı, kanalizasiya sistemləri, tullantıların yığımına nəzarət və paylanması sahəsində - 1 ,1% artıb.
Aİİ ölkələrində sənaye istehsalının həcmi bu dövrdə mədənçıxarma və karxana sənayesində 0,2% azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.