DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynadakı münaqişə zamanı NATO-nun Avropadakı təlimləri gərginliyin artmasına səbəb olur

NATO genişmiqyaslı təlimlərə 13 alyans ölkəsindən 2000 hərbçinin cəlb olunacağını bildirib.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. NATO-nun Ukrayna münaqişəsi kontekstində Avropada başladığı nüvə təlimləri onsuz da gərgin vəziyyətin bir az da gərginləşməsinə gətirib çıxarır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, bu barədə brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Ukrayna münaqişəsi çərçivəsində aparılan "qaynar müharibə" kontekstində bu cür təlimlər gərginliyin daha da artmasından başqa bir şeyə səbəb olmur" - Peskov bildirib.
Oktyabrın 14-də, xəbər verildiyi kimi, Şimali Atlantika Alyansının nüvə qüvvələrinin "Sabit günorta" manevrləri Şimali Avropada başlayır və iki həftə davam edəcək.
NATO genişmiqyaslı təlimlərə 13 alyans ölkəsindən 2000 hərbçinin cəlb olunacağını bildirib. Bundan əlavə, nüvə silahı daşıya bilən 60-a qədər hərbi təyyarə iştirak edəcək. Təlimlərin planlaşdırıldığı, onlara hazırlıqların bir ildən artıq aparıldığı təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.