BAKI, 15 oktyabr — Sputnik. Rusiya fermerləri hər il 100 milyon tondan çox taxıl yığırlar. Bu, yaxşı meyardır və yerli kənd təsərrüfatı sənayesinin davamlılığının göstəricisidir. Ümumiyyətlə, son 10 ildə kənd təsərrüfatı istehsalı 30%-dən çox artıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Son 10 ildə kənd təsərrüfatı məhsullarımız 30%-dən çox artıb. Qida sənayesində artım- 40% -dən çoxdur. Son illərdə taxıl yığımı inamla 100 milyon tonu ötüb" - Rusiya lideri vurğulayıb.
Daha əvvəl Putin Rusiyanın aqrar-sənaye sektorunun işçilərini peşə zəfəri münasibətilə təbrik edərək, onların ölkənin müstəqilliyinin möhkəmləndirilməsindəki rolunu vurğulayıb. Prezident bu sahədə çalışanlara əməyinə görə minnətdarlığını bildirib.
Rusiyanın baş naziri Mixail Mişustin bəyan edib ki, Rusiya kənd təsərrüfatı sektorunda rekord məhsul əldə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.