BAKI, 15 oktyabr — Sputnik. Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təqdim etməyə hazırdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev erməni həmkarı Vaaqn Xaçaturyanla görüşündə deyib.
Tokayev qeyd edib ki, Astana Qazaxıstan-Ermənistan əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə çıxarmaqda maraqlıdır. O, əldə olunan razılaşmaların ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək edəcəyinə əminliyini ifadə edib.
"Qazaxıstan üçün Ermənistan xalqlarımızı möhkəm dostluq telləri, ortaq tarix və oxşar mədəni-humanitar dəyərlər bağlayır ", Tokayev vurğulayıb.
Həmsöhbətlər, həmçinin ticarət-iqtisadi, nəqliyyat-logistika, kənd təsərrüfatı, maliyyə, humanitar sahələrdə, o cümlədən rəqəmsallaşma sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Xatırladaq ki, Qazaxıstanın vasitəçiliyi ilə mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.