BAKI, 15 oktyabr — Sputnik. Boşanmaların sayının artması alimentdən boyun qaçıran şəxslərində sayının artmasına səbəb olub. Təkcə bir ildə Ailə, Qadın və Uşaq Probleləri ilə bağlı Dövlət Komitəsinə (AQUPDK) alimentlə bağlı 400-ə yaxın müraciət ünvanlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qurumun hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə məlumat verib.
O qeyd edib ki, məhkəmə qətnaməsi qüvvəyə mindiyi andan etibarən həmin məhkəmə qətnaməsində alimentin nə qədər və hansı formada verilməsi qeyd olunur. İcra xidmətinin məmurları tərəfindən müvafiq olaraq alimentin ödənilməsi təmin olunur.
"Həmin müraciətlərin böyük əksəriyyəti zamanı sözügedən şəxslərlə əlaqə saxlanılır və almentlərin gecikməsinin əsas səbəbi kimi aliment ödəyən tərəflərin daimi, sabit gəlirin olmaması əsas göstərilir. Aliment məbləğindən daha az gəlirin olduğunu və yaxudda minumum ehtiyac meyarına uyğun gəlirinin olduğunu, həmin gəlirlər çərçivəsindən yuxarı olanda həmin şəxs alimenti qismən ödəyir, bəzən də ödəyə bilmir.
Bilərək və qəsdən ödəməli olduğu alimentdən boyun qaçırdıqda bununla bağlı qanuna müvafiq tədbirlər görülür. Bunula bağlı cərimələr və azadlığın qısamüddətli məhdudlaşdırılması mümkündür. Lakin bunlar alimentin ödənilməsi ilə bağlı məsələnin həll olunmasında ilkin variant kimi nəzərdə tutulmur. Əgər aliment ödəyən şəxs borcun tam şəkildə ödəyə bilmirsə, ona alimenti hissə-hissə, qismən ödənilməsi variantı təklif olunur" - Tural Hüseynzadə İTV-ə açıqlamasında bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.