BAKI, 15 oktybar - Sputnik. İlk qar bazar ertəsi günortadan sonra Moskva və Moskva vilayətinə yağıb.
"Oktyabrın on dördü iqlim salnamələrinə 2024-cü ilin soyuq dövrünün ilk qarının yağdığı gün kimi düşəcək", "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında yazıb.
Rusiya paytaxtında hava şəraiti ilə əlaqədar skuter icarəsi xidmətləri fəaliyyətini dayandırıb. Bu gün Moskva sakinlərinə avtomobilləri sürməməyi və ictimai nəqliyyatdan istifadə etməyə çağırılıblar.
Maraqlıdır ki, oktyabrın 14-də yağan qar pravoslavların Pokrov bayramına təsadüf edib. İnsanlar bu gündə ilk qarın sərt qışdan xəbər verdiyinə inanırlar. Rusiya ənənəsində belə bir deyim var: "Pokrovda nahardan əvvəl payız, nahardan sonra qışdır".
Xatırladaq ki, ötən həftə Rusiyanın regionlarına ilk qar yağıb.
Bu yaxınlarda sinoptiklər bazar ertəsi yağan yağış və sulu qarın paytaxta aylıq yağıntının 15%-ni gətirəcəyini bildiriblər. Gün ərzində havanın soyuq olması gözlənilir, havanın maksimal temperaturu +4 dərəcə təşkil edib.
Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand bu yaxnlarda bildirib ki, həftənin sonunadək paytaxtda temperaturun +12 dərəcəyə yüksələcəyi və günəşli hava şəraitinin olacağı gözlənilir.