DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstan Aİ-nin daha bir planını dəstəkləmədi

Macarıstan XİN rəhbəri qeyd edib ki, son illər dünyada kiminsə hərbi müşavirlərini başqa ölkəyə göndərməsi ilə bağlı çoxlu pis hadisələr baş verib.
Sputnik
BAKI, 15 oktyabr — Sputnik. Macarıstan Aİ ölkələrinin Ukraynaya hərbi müşavirlər göndərmək planlarını dəstəkləmir, çünki bu, eskalasiya təhlükəsi yaradır.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto deyib.
"Aİ Ukrayna hərbçilərinə təlim keçməyə başlayanda biz konstruktiv olaraq bitərəf qaldıq, biz bu missiya ilə razılaşmırıq və onu təhlükəli hesab edirik. Amma biz bu missiyanı başqalarının yerinə yetirməsinə mane olmadıq. Biz dedik ki, Kiyevə Aİ-nin hərbi müşavirlərinin göndərilməsini məqbul hesab etmirik", Siyyarto bildirib.
Onun sözlərinə görə, son illər dünyada kiminsə hərbi müşavirlərini başqa ölkəyə göndərməsi ilə bağlı çoxlu pis hadisələr baş verib.
Siyyarto vurğulayıb ki, Macarıstan Aİ-nin yeni eskalasiya riski yaratmasını istəmir.