RUSİYA

Lavrov "3+3" üçün İstanbula gedəcək

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Lavrovun İstanbulda Cənubi Qafqaz üzrə "3+3" platformasının iclasında iştirakını gözlədiyini bildirib.
Sputnik
BAKI, 15 oktyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz üzrə "3+3" görüşündə iştirakının planlaşdırıldığı təsdiqlənib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə bildirib.
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Lavrovun İstanbulda Cənubi Qafqaz üzrə "3+3" platformasının iclasında iştirakını gözlədiyini bildirib.
"3+3" platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb. 2021-ci ilin dekabrında platformanın ilk iclası Moskvada keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.