BAKI, 15 oktyabr — Sputnik. "Kalaşnikov" şirkəti kaolin əsasında yaradılmış yeni, üçüncü nəsil öz konstruksiyası olan radiopak zolaqlı steril hemostatik sarğının kütləvi istehsalına başlayıb.
Bu barədə konserndən xəbər verilib.
"Kalaşnikov" konserninin istehsal gücü ayda 150 min, yaxud ildə 1.800.000 ədəd sarğı istehsal etməyə imkan verir. Bu miqdar Rusiya Müdafiə Nazirliyinin, eləcə də bazarın mülki seqmentinin ehtiyaclarını tamamilə ödəyəcək" - konsernin bəyanatında deyilib.
"Kalaşnikov"da qeyd edildyi kimi, məhsulun arterial qanaxmanın dayandırılmasında effektivliyi 88% təşkil edir. Aparılan testlər sübut edib ki, sarğıdan istifadə 30 dəqiqə ərzində təkrar qanaxmaların ən aşağı faizinə nail olmağa imkan verir, xəstəxana və ilkin cərrahi müalicə mərhələsində daha az iltihab ocaqları və ağırlaşmalar yaradır, boşluq qanaxmalarının dayandırılması üçün əlverişlidir və 24 saatdan çox müddətdə yarada təhlükəsiz qala bilər.
Aktiv maddə - kaolin - yaraya termal, zəhərli və ya digər təsirlərə səbəb olmur, o cümlədən pH-nı dəyişmir.
Məhsul konsern tərəfindən üçüncü nəsil "Legioner" avadanlığının yaradılması çərçivəsində hazırlanıb. Buraya, xüsusi olaraq hemostatik sarğı ilə təchiz olunmuş fərdi ilk tibbi yardım dəsti daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.