BAKI, 15 oktyabr - Sputnik. Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 9-14° isti olacaq.
14.10.24, 11:32
Azərbaycanda oktyabrın 14-ü saat 10:00-a olan məlumata əsasən hava şəraiti qeyri-sabit, yağıntılı keçir, bəzi yerlərdə leysan xarakterli intensivdir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 17 mm, Oğuzda 14 mm, Zaqatala, Qəbələdə 11 mm, Goranboy, Naftalanda 9 mm, Tərtər, Balakən, Yevlax, Gədəbəydə 8 mm, Xaltan, Mingəçevir, Bərdə, Qax, Şəkidə 6 mm, Ağdam, Altıağac, Göyçay, Beyləqan, Kürdəmir, İsmayıllı, Ağsu, Qobustanda 2 mm, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Zərdab, Qrız, Şahdağ, Quba, Qusar, Şabran, Astara, Göygöl, Şamaxı, Şəmkir, Gəncə, Ceyrançöl, Tovuz, Daşkəsən, Xaçmaz, Sədərək, Şahbuz, Naxçıvanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 3 mm, Maştağada 2 mm, Bakı, Pirallahıda 1 mm-dək olub.
Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Balakən, Şəki, Qax, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Yevlax, Göyçay, Neftçalada duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.