BAKI, 14 oktyabr — Sputnik. Oktyabrın 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 14-də kimlər anadan olub?
Məmməd Araz (1933-2004) - Azərbaycanın xalq şairi, publisist və tərcüməçidir. 1957-ci ildən o, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatıdır.
Rocer Mur (1927-2017) - ingilis kino aktyoru, ssenarist və prodüserdir. O, Ceyms Bond rolunu canlandırmaqla məşhurlaşıb.
Rocer Mur
© AP Photo / Chris Pizzello
Valentin Yudaşkin (1963-2023) - Sovet və Rusiya modelyeri, modelyer-kuturye, Rusiyanın xalq artistidir. O, 1987-ci ildə ilk kolleksiyasını yaradıb, 1989-cu ildə isə "Vali-Moda" şirkətini açıb.
Valentin Yudaşkin
© Sputnik / Птицын
Timur Rodriges (1979) - Azərbaycan əsilli rusiyalı şoumen, televiziya və radio aparıcısı, müğənni və aktyordur. O, Rusiya telekanallarında efirə gedən KVN və "Comedy Club", "Birə bir!", "Buz dövrü" və s. televiziya layihələrinin iştirakçısıdır.
Ben Uişou (1980) - ingilis səhnə və kino aktyorudur. O, 2 "BAFTA TV", 2 "Emmi", 1 "Qızıl Qlobus" və "Britaniya Müstəqil Film" Mükafatları laureatıdır.
Ben Uişou
© Alberto Pezzali / Invision / AP
14 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1860-cı ildə Sankt-Peterburqda Mariinski Opera Teatrı açılıb.
1905-ci ildə Parisdə Beynəlxalq Aviasiya Federasiyası yaradılıb.
1962-ci ildə ABŞ kəşfiyyat təyyarəsi Kubada sovet raketlərini aşkar edib. Karib böhranının (Kuba raket böhranı) başlanğıcı - Sovet İttifaqı ilə ABŞ arasında son dərəcə gərgin siyasi, diplomatik və hərbi qarşıdurmadır.
1966-cı ildə Kanada katolik yepiskopları katoliklərin bundan sonra cümə günləri ət yeyə biləcəyini elan ediblər.
1998-ci ildən Ümumdünya Standartlar Günü qeyd olunur.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndlərini, həmçinin Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini erməni işğalından azad edib.