DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polşa miqrantlara sığınacaq verilməsini müvəqqəti dayandırmağı planlaşdırır

Baş nazirin sözlərinə görə, polyaklar ölkədə işləməyə, vergi ödəməyə və cəmiyyətə inteqrasiya etməyə hazır olanları görməyə üstünlük verirlər.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Polşa hakimiyyəti miqrantlara sığınacaq verilməsini müvəqqəti dayandırmaq niyyətindədir.
"TVP" İnfo telekanalı xəbər verib ki, bunu Baş nazir Donald Tusk Varşavada "Vətəndaş platforması" partiyasının qurultayında deyib.
"Miqrasiya siyasətinin bir hissəsi olaraq sığınacaq verilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Mən bu qərarın Aİ səviyyəsində tanınmasına nail olmaq niyyətindəyəm" - Tusk bildirib.
O, həmçinin qeyd edib ki, Polşa onun sərhədlərini kimin keçdiyinə tam nəzarət etməlidir. Baş nazirin sözlərinə görə, polyaklar ölkədə işləməyə, vergi ödəməyə və cəmiyyətə inteqrasiya etməyə hazır olanları görməyə üstünlük verirlər.
Daha əvvəl bildirilmişdi ki, ukraynalı qadın "TikTok"da video yayımladıqdan sonra Polşada hava limanından qovulub.