BAKI, 14 oktyabr — Sputnik. Fransa prezidenti Emmanuel Makron İran prezidenti Məsud Pezeşkianla danışıqlarda Tehranı regionda gərginliyin azaldılmasına kömək etməyə çağırıb. Bu barədə Yelisey sarayının prezidentlərin danışıqların dair məlumatında deyilir.
"Makron İranın ümumi deeskalasiyanın saxlanması üçün məsuliyyətini qeyd edib və onun dəstəyindən istifadə edən sabitliyi pozan oyunçulara təsir göstərməyə çağırıb. Makron regionda gərginliyin azaldılması və uzunmüddətli sülhün əldə edilməsi məsələsində regional və beynəlxalq tərəfdaşlarla təmasları davam etdirir".
İran liderinin administrasiyası da öz növbəsində bildirib ki, Pezeşkian və Makron söhbət zamanı Livanın şiə Hizbullah hərəkatı ilə İsrail tərəfi arasında atəşkəsə necə təminat veriləcəyini müzakirə ediblər.
Qeyd olunur ki, İran prezidenti Makrondan İsraili Qəzza və Livanda törədilən soyqırım və cinayətlərə son qoymağa məcbur etmək üçün digər Avropa ölkələri ilə əməkdaşlıq etməyi xahiş edib.
Fransa lideri Livan hökumətinin başçısı Nəcib Mikatiyə də zəng edib.
Oktyabrın 1-dən İsrail Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkəni havadan bombardmanlarını davam etdirir, burada artıq 2 mindən çox adam, o cümlədən şiə hərəkatının liderləri həlak olub və bir milyondan çox insan qaçqına çevrilib. İtkilərə baxmayaraq, Hizbullah quru döyüşləri aparır və İsrail ərazisinə raket hücumlarını dayandırmır.
İsrail bildirir ki, hərbi kampaniyanın əsas məqsədi Fələstinin HƏMAS hərəkatına dəstək olaraq bir il əvvəl Hizbullah tərəfindən atılan mərmilərə görə təxliyə edilmiş 60 min şimal sakininin geri qayıtması üçün şərait yaratmaqdır.
Oktyabrın 1-də İran tarixdə ikinci dəfə İsraili kütləvi raket atəşinə məruz qoyub və bunu özünümüdafiə aktı adlandırıb. İsrail ordusu 180-ə yaxın ballistik raketin atıldığını və onların əksəriyyətinin ələ keçirildiyini bildirib. Sosial şəbəkələrdə İsrailin müxtəlif ərazilərinə düşən mərmilərin nəticələri əks olunub. İsrail rəsmilərinin bildirdiyinə görə, atəş nəticəsində ölkə vətəndaşları arasında tələfat olmayıb. Bir sıra media orqanları İordan çayının qərb sahilində bir nəfərin, ehtimal ki, Qəzza zolağından olan fələstinlinin öldüyünü bildirib.
İranlılar raketlərin İsrail hərbi hədəflərini vurduğunu iddia edirlər. İsaril rəsmiləri cavab zərbələri endirəcəklərini və ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqinin köməyinə gələcəyini vəd edirlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın İsrailə raket hücumundan sonra ABŞ prezidenti Co Bayden administrasiyasının böhranların həllində tam acizliyini nümayiş etdirərək Yaxın Şərqdə uğursuzluğa düçar olduğunu bildirib.