BAKI, 14 oktyabr — Sputnik. Geomaqnit qasırğası baş verəcək. Bu barədə Sputnik Azərbaycan-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, 11 oktyabrda baş vermiş TKA və Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 15-16 oktyabrda G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.