DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada sanksiyalar əleyhinə hərəkat yaradılır

Sanksiyalar Almaniya iqtisadiyyatına qarşı yönəldildiyi ölkələrin özlərindən daha çox ziyan vurub.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. "Almaniya üçün Alternativ" partiyası ölkə parlamentində "Sanksiyaları dayandır!" hərəkatının yaradıldığını elan edib.
Bu barədə Bundestaqın iclasında bəyanat verilib.
Deputat Steffen Kotre qeyd edib ki, təklif Rusiya Federasiyası, Çin, həmçinin İran və digər dövlətlərə qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə qarşı yönəlib.
Onun sözlərinə görə, bu sanksiyalar Almaniya iqtisadiyyatına qarşı yönəldildiyi ölkələrin özlərindən daha çox ziyan vurub. Məhdudlaşdırıcı tədbirlərə görə, Almaniya sakinləri "həyat standartlarının aşağı düşdüyünü" hiss edirlər.
Xüsusilə, ölkədə "infrastruktur korlanır, sosial obyektlərin təmiri təxirə salınır".
Bundan əvvəl Bundestaqın deputatı Sara Vaqenknext bildirib ki, Kiyev "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində partlayışlarda iştirak edə bilər.