BAKI, 14 oktyabr — Sputnik. ABŞ Rusiya ilə tam hüquqlu müharibə aparır və Moskvanın strateji məğlubiyyətini arzulayır. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Co Baydenin ABŞ-ın Rusiya ilə danışıqlara hazır olması barədə sözlərini şərh edərkən deyib.
"Bayden, beyinsiz himayədarına kömək etmək üçün, Rusiya ilə heç bir şərt olmadan strateji nüvə qüvvələrinin azaldılması ilə bağlı danışıqlara hazır olduğunu söyləyib. Bizimlə müharibə aparıb və ölkəmizə strateji məğlubiyyət arzulayır. Buna görə də ABŞ ilə START mövzusunda danışıqlar 1945-ci ildə Hitler ilə barışıq haqqında danışıqlardan daha faydalı deyil", - Medvedev Telegram kanalında yazıb.
ABŞ lideri Co Bayden daha əvvəl dünyanın nüvə arsenalının tamamilə ləğvi üçün səy göstərilməli olduğunu bildirmiş, həmçinin ABŞ-ın bu istiqamətdə Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara hazır olduğunu açıqlamışdı.