BAKI, 14 oktyabr — Sputnik. Avropa İttifaqının üzləşdiyi ağır iqtisadi və siyasi vəziyyət onun dünya miqyasında mövqeyini ciddi şəkildə sarsıda və müstəqil qlobal güc olmaq istəklərinə son qoya bilər.
"Bloomberg"in qeyd etdiyi kimi, Avropa "həlledici ana" yaxınlaşır.
Bu fonda Avropa elitaları "Aİ-nin tənəzzülünün qaçılmaz olduğuna dair çoxlu dəlillər"lə üzləşirlər. Belə dəlillər arasında "Bloomberg" Fransada sağçı siyasi qüvvələrin və avroskeptiklərin güclənməsini, "Volkswagen" zavodlarının görünməmiş şəkildə bağlanmasını, eləcə də Aİ-nin süni intellekt texnologiyaları sahəsində tənzimləyici məhdudiyyətlərin tətbiqi səbəbindən ABŞ texnoqiqantlarının Avropa bazarından çıxmasını vurğulayıb.
Agentliyin yazdığı kimi, bütün bu hadisələr "Aİ-nin vahid və dinamik iqtisadi blok kimi fəaliyyət göstərə bilmədiyini" nümayiş etdirir ki, bu da ittifaqın beynəlxalq statusunu sarsıdır.
Daha əvvəl bildirilmişdi ki, Avropada Ukraynaya dəstək əleyhinə olan partiyalar geniş vüsət alır. Bu, Ukrayna münaqişəsi ətrafında vəziyyəti Rusiyanın və onun Prezidenti Vladimir Putinin xeyrinə dəyişir.