BAKI, 13 oktyabr — Sputnik. BRİKS assosiasiyası heç vaxt hərbi ittifaqa çevrilməyib və olmaq niyyətində də deyil.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“BRİKS heç vaxt hərbi ittifaq olmayıb və olmaq niyyətində də deyil. Üstəlik, BRİKS hətta beynəlxalq təşkilat və ya inteqrasiya strukturu deyil, bərabərhüquqlu iştirakçıların dövlətlərarası birliyidir” - bəyanatda deyilir.
Diplomatik departament təşkilatdakı tərəfdaşlar arasında münasibətlərin bərabərlik və qarşılıqlı hörmətə əsaslandığını, həmçinin “heç kimə qarşı yönəlmədiyini” vurğulayıb.
Nazirlik əlavə edib ki, BRİKS-in vəzifələrinə ədalətli və çoxtərəfli dünya iqtisadi sisteminin yaradılması daxildir. Qeyd olunub ki, təşkilatı “hətta nəzəri cəhətdən NATO ilə bərabər tutmaq” cəhdi absurddur, çünki məhz Şimali Atlantika Alyansı dünya regionlarında təhlükəsizliyi pozmaqla məşğuldur.
Daha əvvəl Rusiya Federasiyası Federasiya Şurasının senatoru Aleksey Puşkov bəyan etmişdi ki, çoxlu sayda ölkələrin Kazanda keçiriləcək BRİKS sammitində iştiraka marağı, xüsusən, Qərbə və onun ideallarına inamın itirilməsi ilə bağlıdır.
Bundan əvvəl Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, artıq 32 dövlət Kazanda keçiriləcək BRİKS sammitində iştirakını təsdiqləyib.