BAKI, 13 oktyabr — Sputnik. Rusiyalı senator Aleksey Puşkov hesab edir ki, çox sayda dövlətin Kazanda keçiriləcək BRİKS sammitində iştiraka marağı xüsusilə Qərbə və onun ideallarına inamın itirilməsi ilə bağlıdır.
Bu barədə siyasətçi özünün “Telegram” kanalında yazıb.
"Əhəmiyyətli səbəblərdən biri Qərbdə hər hansı idealın qaldığına inanmamaqdır", – o qeyd edib.
Puşkovun sözlərinə görə, 21-ci əsrin birinci rübündə baş verən hadisələr göstərir ki, 30-dan çox ölkənin BRİKS sammitində iştirakının hiddətə səbəb olduğu Qərbdə ideallar əvəzinə, sadəcə olaraq kinik geosiyasi hesablama qalıb.
Xatırladaq ki, BRİKS sammitinin oktyabrın 22-24-də Kazanda keçirilməsi planlaşdırılır. Artıq 32 ölkə orada iştirakını təsdiqləyib.