BAKI, 13 oktyabr — Sputnik. Şimali Atlantika Alyansının müdafiə nazirləri yaxın günlərdə Rusiya Federasiyasına qarşı uzunmüddətli siyasəti nəzərdən keçirəcəklər.
Bu barədə “Politico” xəbər verib.
“İştirakçı ölkələr alyans çərçivəsində debatlar keçirmək və Rusiya-NATO-nun təsis aktını müzakirə etmək niyyətindədirlər. Müttəfiqlərin konkret mövqelərini nəzərə alaraq yeni strategiya hazırlamağın vaxtı çatıb” - nəşr yazıb.
Nəşrin həmsöhbəti qeyd edib ki, gələcək strategiya layihəsi hazırda hazır deyil. Təklif olunan dəyişikliklərin hərbi nəticələri “məhdud xarakter daşıyacaq”.
Bundan əvvəl Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib ki, NATO qoşunları Ukrayna Silahlı Qüvvələrinin əməliyyatlarında iştirak edir.