BAKI, 12 oktyabr — Sputnik. Oktyabrın 12-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 12-də kimlər anadan olub?
Luçano Pavarotti (1935-2007) - italyan opera müğənnisi (tenor) və XX əsrin görkəmli opera müğənnilərindən biridir.
Luçano Pavarotti
© AP Photo / GIUSEPPE VALENTINI
Yuri Vasilyev (1939-1999) - Sovet və Rusiya teatr və kino aktyoru, RF xalq artistidir. O, "Jurnalist", "Moskva göz yaşlarına inanmır", "Atalar və oğullar", "Şəxsi xoşbəxtlik" və s. filmlərdə rol alıb.
Yuri Vasilyev
© Sputnik
Hyu Cekman (1968) - avstraliyalı aktyor, müğənni və prodüserdir. O, "İks Adamlar" film seriyasında Rosomaxi rolu ilə geniş ictimaiyyətə tanınıb. Aktyor həmçinin "Keyt və Leo", "Van Helsinq", "Fəvvarə" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Hyu Cekman
© Evan Agostini / Invision / AP
Jasmin (1977) - rusiyalı müğənni, aktrisa, teleaparıcı, RF əməkdar artistidir. Onun əsl adı Sara Şordu. O, 9 "Qızıl Qrammofon", MTV-nin "Russia Music Awards", 17 "İlin mahnısı" mükafatlarının qalibidir.
12 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1810-cu ildə Münhendə ilk "Oktoberfest" (Oktyabr Xalq Festivalı) keçirilib. Bu festivala ilk dəfə şəhər sakinləri Bavariya vəliəhdi Lüdviq və Sakson-Hildburghausen knyazlığının kraliçası Terezanın toy mərasimini qeyd etməyə dəvət olunublar.
1884-cü ildə ispanlar Yer kürəsinin ən cənub şəhərini - Uşuayya şəhərinin əsasını qoyublar.
1901-ci ildə Teodor Ruzvelt rəsmi olaraq Ağ Evi ABŞ Prezidentinin iqamətgahı adlandırıb.
1931-ci ildə Braziliyada Rio-de-Janeyrodakı Korkovado dağının təpəsində Xilaskar Məsihin heykəlinin açılışı olub. Abidə şəhərin və bütövlükdə Braziliyanın simvoluna çevrilib. Heykəlin hündürlüyü 38 m, qolun aralığı 28 m, çəkisi isə 635 tondur.
2003-cü ildə alman yarış pilotu Mixael Şumaxer "Formula 1" yarışları tarixində çempionluq titullarının sayına görə rekord qıraraq ilk altıqat dünya çempionu olub.